Yağan güclü qardan sonra hava şəraiti ilə əlaqədar olaraq Lerikdə şəhər mərkəzi, dağlıq ərazilərdə, yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də Lerik-Lənkəran avtomobil yolunda polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidməti təşkil olunub.
Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.
Hal-hazırda xidmət fasiləsiz davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.