Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun qəhrəman oğullarının xatirəsinə yüksək ehtiramı daim nümayiş etdirir, şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
04 fevral 2026-cı il tarixdə Xırmandalı ərazisinin Ərəb kəndində keçirilmiş vətəndaş qəbulu çərçivəsində rayon rəhbəri, başçının I müavini Tohid Hüseynov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, ərazi nümayəndəsi, bələdiyyə sədri, din xadimləri, media nümayəndələri və yerli sakinlərlə birgə şəhid məzarları ziyarət edilmişdir.
Qəbirüstü abidələr önünə tər gül dəstələri düzülərək, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, onların fədakarlığı bir daha dəyərləndirilmişdir.
Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.