AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi çərçivəsində tədbir keçirilib

  • + A
  • - A
  • 26-10-2026, 19:07

    Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi çərçivəsində tədbir keçirilib

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin həyata keçirdiyi “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti maarifləndirici tədbir təşkil olunub.

    Tədbirdə Peşə Təhsil Mərkəzinin rəhbəri Pərviz Həmzəyev, layihə rəhbəri, İctimai Birliyin sədri Etibar Məmmədov, təhsil müəssisəsinin nümayəndələri və tələbələr iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin rəhbəri Pərviz müəllim iştirakçıları salamlayaraq bu cür maarifləndirici layihələrin gənclərin tarixi-mədəni irsimiz haqqında biliklərinin artırılmasında əhəmiyyətini vurğulayıb.

    Daha sonra layihə rəhbəri Etibar Məmmədov çıxış edərək layihənin məqsəd və vəzifələri, Qərbi Azərbaycanın zəngin maarifçilik tarixi, burada fəaliyyət göstərmiş tarixi məktəblər və xalqımızın təhsil ənənələri barədə tələbələrə ətraflı məlumat verib. O, tarixi maarifçilik irsinin öyrənilməsinin, qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

    Tədbir çərçivəsində layihə üzrə hazırlanmış 10 qısa video-podkast (Shorts) tələbələrə nümayiş etdirilib. Sosial şəbəkələrdə yayımlanmaq üçün hazırlanan videoçarxlarda Qərbi Azərbaycanın tarixi məktəbləri, maarifçilik ənənələri və təhsil irsi ilə bağlı məlumatlar öz əksini tapıb.

    Videoçarxların nümayişindən sonra tələbələr arasında mövzuya böyük maraq yaranıb. Tələbələr fəal şəkildə çıxış edərək öz fikir və mülahizələrini bölüşüb, onları maraqlandıran sualları səsləndirib və Qərbi Azərbaycanın maarifçilik irsi ətrafında aparılan müzakirələrdə yaxından iştirak ediblər.

    Gənclər layihənin əhəmiyyətini yüksək qiymətləndirərək tarixi-mədəni irsimizin tanıdılması və maarifçilik tariximizin təbliği istiqamətində görülən işlərə görə layihə rəhbəri Etibar Məmmədova təşəkkürlərini bildiriblər.

    Tədbir boyunca iştirak edən Peşə Təhsil Mərkəzinin rəhbəri Pərviz Həmzəyev yekunda yenidən çıxış edərək keçirilən görüşün əhəmiyyətindən danışıb. O, tələbələrin tədbirə göstərdikləri marağı və fəallığı müsbət qiymətləndirərək belə maarifləndirici təşəbbüslərin gənclərin dünyagörüşünün formalaşmasında və milli-mədəni irsə bağlılığının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

    Pərviz müəllim tədbirin təşkilinə və tələbələr üçün yaradılan maarifləndirici imkana görə layihə rəhbəri Etibar müəllimə və təşkilatçılara təşəkkürünü bildirib.

    Tədbir qarşılıqlı fikir mübadiləsi və maraqlı müzakirələrlə yekunlaşıb.

    Qeyd edək ki, üç ay müddətində həyata keçirilən “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsinin əsas məqsədi Qərbi Azərbaycanın zəngin maarifçilik irsinin araşdırılması, tarixi məktəblərin tanıdılması, milli-mədəni yaddaşın qorunması və bu irsin gənc nəsil arasında təbliğidir.

    Layihənin rəhbəri “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədovdur.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR