AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ermənistanın təxribatları davam edərsə, onları daha ağır məğlubiyyət gözləyir"- DEPUTAT

  • + A
  • - A
  • 23-08-2020, 23:12

    "Ermənistanın təxribatları davam edərsə, onları daha ağır məğlubiyyət gözləyir"- DEPUTAT
    Xəbər verdiyimiz kimi avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

    Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bütün dünya koronavirusla mübarizə aparsa da Ermənistan dövləti təxribatçı addımlardan əl çəkmir:

    "Ermənistan növbəti dəfə təxribat xarakterli hücuma keçərək torpaqlarımızı işğal etməyə çalışıb. Lakin güclü Azərbaycan ordusu erməniləri növbəti dəfə ağır məğlubiyyətə uğradaraq böyük itkilərlə geri çəkilməsinə nail olub. Bununla yanaşı düşmənin diversiya qrupunun komandiri də əsir götürülüb. Ermənistan növbəti dəfə biabırçı məğlubiyyətini yaşamaqdadır. Düşmən təxribatları ilə torpaqlarımızı 90-cı illərin əvvəllərində olduğu kimi işğal etməyə çalışır. Lakin unudurlar ki, bu gün Azərbaycan ordusu və dövləti o dövrdəki kimi deyil. Bu gün cənab prezident İlham Əliyev kimi güclü ölkə başçısı və Ali Baş Komandan var. Ermənistanın törətdiyi təxribatlar sadəcə özünü biabırdan başqa bir şey deyil. Bu gün Ermənistan bir daha Azərbaycan ordusunun və dövlətinin gücünü gördülər. Düşmənin bu təxribatları davam edərsə onları bundan da ağır məğlubiyyət gözləyir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR