AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon rəhbərinin Musakücə kəndində səyyar görüş-qəbulu keçirildi

  • + A
  • - A
  • Dünən, 16:22

    Masallı rayon rəhbərinin Musakücə kəndində  səyyar görüş-qəbulu keçirildi

    08 yanvar 2025-ci il tarixdə rayonun Musakücə kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı ərazidə 5 nəfər vətəndaş tərəfindən 5 məsələ qaldırılmış və müraciətlərin 2-si müsbət həll olunmuş və 3 məsələ ilə bağlı qanunamüvafiq izahat verilmişdir.
    Şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, ərazidə GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən müasir internet xətləri çəkilərək əhalinin istifadəsinə verilmiş, 1 km uzunluğunda suaparıcı kanallar təmizlənmiş, 600 metr kənddaxili küçələrə çınqıl tökülmüş və əlavə olaraq 3 km məsafədə kənddaxili yol qreyderlə hamarlanmışdır. Əlavə olaraq şəhid ailələləri, kimsəzilər, aztəminatlı ailələr, məişət və digər məsələlərlə bağlı maddi köməkliklər olunmuş, kənd məscidinin həyətində tamet yenilənmiş, kəndin 20 yanvar abidəsinin ətrafındakı hazar yenidən bərpa edilmiş, 20 aztəminatlı ailənin hər birinə 9 ay müddətində hər birinin dəyəri 60 manat olan ərzaq yardımı verilmiş və 2 aztəminatlı ailənin müalicəsi üçün 3040 manat vəsait xərclənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin edərək müraciətlərin həlli istiqamətində müvafiq işlərin aparılacağını bildirmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR