AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Böyük Xocavar kəndində xeyriyyəçilər təltif olundu

  • + A
  • - A
  • 24-04-2025, 12:22

    Masallı rayon Böyük Xocavar kəndində xeyriyyəçilər təltif olundu

    Banbaşı kənd İnzibati Ərazi dairəsinin Böyük Xocavar kəndində 2024-cü ilin yanvar ayından 2025-ci ilin aprel ayınadək görülən abadlıq, quruculuq və xeyriyyə işlərində fəal iştirak edən 4 nəfər kənd sakini və Böyük Xocavar kəndində xeyriyyə cəmiyyətini Rayon İcra Hakimiyyətinin əməkdaşı Nahid Həsənovun iştirakı ilə Banbaşı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi və Banbaşı bələdiyyəsi tərəfindən təltif olunmuşdur.

    Böyük Xocavar kəndində xeyriyyəçilərin gördükləri işləri sizə təqdim edirik:

    1. Böyük Xocavar kəndində 1615 metr yola asfalt örtüyü döşənmişdir. 105 min manat
    2. Böyük Xocavar kəndində mərasim evi və həyəti təmir olunmuşdur.17.870 manat
    3. Böyük Xocavar kənd tam orta məktəbinə istilik sistemi çəkilmişdir. 17.500 manat
    4. Böyük Xocavar kəndində kənd sakinin yanmış dülgər sexi yenidən tikilmiş və lazımi avadanlıqlar alınmışdır. 9.400 manat
    5. Böyük Xocavar kəndində aztəminatlı ailənin yanmış evi yenidən tikilib təmir olunmuşdur. 19.000 min manat
    Əlavə olaraq ailəyə kənd sakinləri mətbəx mebeli, yumuşaq yataq dəsti və digər lazımi əşyalar hədiyyə edilmişdir.
    6. Böyük Xocavar kənd qəbiristanlığında su quyusu qazılmış və su çəni qoyulmuşdur. 3.500 manat
    7. Böyük Xocavar kəndində aztəminatlı ailələrə (150 ədəd ərzaq yardımı sovqatı) bayramlarda yardım olunmuşdur. 9.000 manat
    Cəmi:181.270 manat

    Banbaşı kənd İnzibati Ərazi dairəsinin Banbaşı və Binə Xocavar kəndlərində də belə analoji xeyriyyəçilik işləri aparılır.


    2025-ci ilin yekununda Banbaşı və Binə Xocavar kənd xeyriyyəçiləri ilə də belə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
    Böyük Xocavar kənd sakinləri ərazidə aparılan abadlıq, quruculuq və xeyriyyəçilik işlərinin aparılması üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova öz dərin təşəkkürünü bildirirlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR