AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

  • + A
  • - A
  • 5-11-2025, 19:44

    Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

    Masallı rayonunun Boradigah qəsəbəsi, Bədəlan və Qızılavar kəndlərinin ərazisindəki yaşayış evi və həyətlərdən oğurluqlar edilməsi ilə bağlı polisə məlumatlar daxil olub. Naməlum şəxs ayr-ayrı vaxtlarda 8 ünvandan ümumilikdə 2000 manat dəyərində 4 ədəd velosiped, məişət və kənd təsərrüfatı alətləri oğurlayıb.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı İ.Əzizov müəyyən edilərək saxlanılıb.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR