AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

  • + A
  • - A
  • Bu gün, 12:00

    Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

    Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi, hərəkət intizamını möhkəmləndirmək məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun!” adlı profilaktik tədbir təşkil olunub. Tədbir çərçivəsində piyadalarla maarifləndirici söhbətlər aparılıb.

    - Piyadalara diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağın vacibliyi xatırladılıb.

    - Piyada keçidlərindən düzgün istifadə və işıqforun tələblərinə əməl etməyin əhəmiyyəti izah edilib.


    Edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını pozan piyadalar barəsində inzibati tənbeh tədbiri görülüb. Bir daha diqqətə çatdırılıb ki, qaydalara əməl etmək həm piyadaların, həm də sürücülərin təhlükəsizliyinin əsas təminatıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR