Bu gün günorta saatlarında Şirvan şəhərində yerləşən silah zavodunda partlayış baş verib.
Hadisə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin zavodlarından birində baş verib.
Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində ölən Adil İsmayılov ehtiyatda olan mayor olub. 1969-cu il təvəllüdlü A.İsmayılov Yardımlının Arus kəndindəndir.
Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş A.İsmayılov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da xidmət edib.
2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin birində mühəndis–sınaqçı, daha sonra Sınaq sahəsinin rəisi vəzifəsində çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.