Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, ötən il Lənkəran-Astara iqtisadi rayonu üzrə gözlənilən ömür uzunluğu 76,3 ilə bərabər olub. Kişilər üçün gözlənilən ömür uzunluğu 73,9 il, qadınlar üçün isə 78,6 il müəyyən edilib.
Lənkəran-Astara iqtisadi rayonunda gözlənilən ömür uzunluğunun ən çox olduğu rayon Yardımlı rayonu hesab edilir. Yardımlı rayonunda gözlənilən ömür uzunluğu 77,7 ilə bərabər olub.
Ən aşağı gözlənilən ömür uzunluğu isə Masallı və Lənkəran rayonunda olub. Bu rayonlarda gözlənilən ömür uzunluğu 75,7 il təşkil edib.
Qeyd etmək lazımdır ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanda gözlənilən ömür uzunluğu 76,9 ilə bərabər olub. Azərbaycanda gözlənilən ömür uzunluğunun 80 ildən çox olduğu rayonlar Ağdərə və Abşeron rayonu, Naxçıvan Muxtar Respublikasında isə Sədərək Culfa, Kəngərli, Ordubad rayonlardır.
Xatırladaq ki, gözlənilən ömür uzunluğu hər bir insanın orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir.
Masallı Rayon Statistika İdarəsi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.