20 noyabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun I Səmədxanlı kəndinə səfər etmişdir. Səfər çərçivəsində kənd İcra nümayəndəliyi üçün yeni inşa olunması nəzərdə tutulan inzibati binanın yerləşəcəyi ərazidə baxış keçirilib.
Səfər zamanı tikinti üçün nəzərdə tutulan ərazidə hazırlıq işlərinin təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmiş, layihənin keyfiyyətli və qısa müddətdə icra olunmasının vacibliyi qeyd olunmuşdur.
İcra başçısı layihələndiriləcək binanın funksionallığı, vətəndaş məmnunluğuna xidmət edəcək imkanlar və tikinti işlərinin icra planı barədə müvafiq qurumların nümayəndələrindən məlumat almışdır. O, yeni inzibati binanın kənd sakinlərinə göstərilən xidmətlərin daha səmərəli təşkili, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması və yerli infrastrukturun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.