AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəlbəcər şəhəri günü – Qarabağın incisində dirçəliş və dövlətçilik iradəsinin təntənəsi

  • + A
  • - A
  • 20-11-2025, 10:40

    Kəlbəcər şəhəri günü – Qarabağın incisində dirçəliş və dövlətçilik iradəsinin təntənəsi

    Kəlbəcər şəhəri günü Azərbaycanın dövlətçilik ənənələrinin, tarixi yaddaşının və milli kimliyinin qorunub saxlanılmasında xüsusi önəm daşıyan günlərdən biridir. Bu əlamətdar tarix təkcə bir şəhərin qeyd günü deyil, həm də Kəlbəcərin əsrlər boyunca formalaşmış mədəni irsinin, təbii sərvətlərinin, strateji-coğrafi mövqeyinin və müstəqil dövlətimizin iradəsi ilə yenidən dirçələn simasının təntənəsidir. Kəlbəcərin işğaldan azad edilməsi, şəhərin və ətraf yaşayış məntəqələrinin bərpa prosesi xalqımızın milli qürurunun, ordumuzun qəhrəmanlığının və siyasi rəhbərliyin qətiyyətli mövqeyinin real nəticəsidir.

    Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri şəhərin inkişaf konsepsiyasını tamamilə yeni mərhələyə daşıyır. İnfrastrukturun yenidən qurulması, yolların, enerji təminatının, sosial obyektlərin yaradılması, tarixi abidələrin bərpası və şəhər mühitinin müasir planlaşdırılması Kəlbəcərin gələcək nəsillər üçün yaşamalı, inkişaf edən bir mərkəzə çevrilməsinə xidmət edir. Dövlət başçısının xüsusi diqqəti və region üzrə təsdiqlənmiş strateji layihələr Kəlbəcərin iqtisadi, sosial və turizm potensialının açılmasına şərait yaradır.

    Kəlbəcər şəhəri günü həm də bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin ehtiramla anıldığı mühüm bir tarixdir. Onların qəhrəmanlığı sayəsində Kəlbəcərin azad, təhlükəsiz və inkişaf edən məkana çevrilməsi mümkün olmuşdur. Bu gün Kəlbəcər həm tarixinin dərin köklərini, həm də müasir dövlət quruculuğunun gətirdiyi yenilikləri özündə birləşdirən nadir bölgələrdəndir.

    Eyni zamanda, şəhər günü Kəlbəcərin geniş turizm imkanlarının, təbii səfalətinin, mineral su ehtiyatlarının, yaylaq mədəniyyətinin və zəngin folklorunun ölkə ictimaiyyətinə təqdim olunduğu vacib bir platforma rolunu oynayır. Bölgədə yaradılan yeni infrastruktur Kəlbəcəri yaxın gələcəkdə Azərbaycanın ən dinamİk inkişaf edən şəhərlərindən birinə çevirməyi hədəfləyir.

    Bu baxımdan Kəlbəcər şəhəri günü həm tarixin, həm qələbənin, həm də inkişafın simvoludur. Bu gün Kəlbəcərin yenidən dirçalan ruhu, mədəni irsi və sosial-iqtisadi inkişafı Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin sarsılmaz iradəsini bir daha nümayiş etdirir. Bu əlamətdar gün Kəlbəcərin gələcək perspektivlərinə inamın, böyük qayıdışın və bölgənin dayanıqlı inkişaf strategiyasının aydın göstəricisidir.



    Eldar Kazımov , YAP Masallı rayon təşkilatı



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR