25 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qəriblər inzibati ərazi dairəsinin Şıxlar kəndində sakinlərlə səyyar görüş-qəbul keçirmişdir.
Səyyar-görüş qəbulu açan icra başçısı kəndin tarixi, demoqrafik göstəriciləri, sosial mühiti, məşğulluq istiqamətləri və ərazidə həyata keçirilən inkişaf tədbirləri barədə məlumat vermişdir.
Daha sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərov əvvəlki səyyar qəbul zamanı qaldırılmış müraciətlərin icra vəziyyəti barədə hesabat təqdim etmişdir. O qeyd etmişdir ki, ötən görüşdə 5 vətəndaş tərəfindən daxil olmuş 5 müraciətdən 3-ü həll olunmuş, 2 müraciət üzrə isə vətəndaşlara qanunvericiliyə uyğun cavab verilmişdir.
Səyyar qəbul zamanı sakinlərin problemləri və təklifləri dinlənilmiş, qaldırılan məsələlərin icrası və nəzarətdə saxlanılması məqsədilə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Səyyar görüş-qəbulu yekunlaşdıran Araz Əhmədov bildirib ki, vətəndaş müraciətlərinin operativ qaydada araşdırılması və həlli istiqamətində işlər davam etdirilir, şəhər və kəndlərdə müntəzəm səyyar görüşlərin təşkili bu siyasətin mühüm tərkib hissəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.