27 noyabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı iclas keçirilmişdir.
İclasa şöbənin müdiri
Nahid Həsənov sədrlik etmişdir.
İclasın açılışında Masallı rayonundan PMS imtahanlarında əldə olunan nəticələr diqqətə çatdırılmış, xüsusilə hər iki mərhələ üzrə uğur göstərmiş
Şahverdiyev Rəmzi Əlövsət oğlunun adı qeyd olunmuşdur.
Bildirilib ki, o, PMS-1 imtahanında müvəffəqiyyət qazanaraq növbəti mərhələyə vəsiqə əldə etmiş, 02 noyabr 2025-ci il tarixində keçirilmiş PMS-2 imtahanından da yüksək nəticə ilə keçmişdir.
Göstərilmiş nailiyyətə görə Şahverdiyev Rəmzi Əlövsət oğlu İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif olunmuş və kollektiv tərəfindən təbrik edilmişdir. İclas iştirakçıları tərəfindən bunun dövlət qulluğunda peşəkar inkişaf və yerli idarəetmədə yeni kadr potensialının gücləndirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.