AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti görüş təşkil olundu

  • + A
  • - A
  • Bu gün, 16:16

    Masallı Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti görüş təşkil olundu

    25 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun iştirakı ilə vətəndaşların müraciət və təkliflərinin dinlənilməsinə həsr olunmuş qəbul keçirilmişdir. Görüş İcra Hakimiyyətinin inzibati binasında baş tutmuşdur.

    Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbər heyəti, eləcə də rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Həmçinin şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri də görüşdə yer almışdır.

    Müraciət edən vətəndaşlar tərəfindən səsləndirilən fikir və problemlər diqqətlə dinlənilmiş, hər bir məsələ üzrə qeydlər aparılmış və icrası üçün müvafiq tapşırıqlar verilmişdir. Qaldırılan məsələlərin həlli üçün aidiyyatı orqanlara göstərişlər verilərək, prosesin nəzarətdə saxlanılacağı bildirilib.

    Görüşün sonunda rayon rəhbəri Araz Əhmədov vətəndaşların problemlərinin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin icrası və müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılmasının vacibliyini vurğulamışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR