26 noyabr tarixində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana Sistemi və Masallı 1 saylı Mediasıya Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri və gənclər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən muzeyin direktoru Əntiqə Tağıyeva tədbir barədə ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Uşaq hüuqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov, Masallı 1 saylı Mediasıya Təşkilatının direktoru Xanhüseyn Səmədov və Masallı Mərkəzi Kitabxana Sisteminin baş biblioqrafı Günay Xəlilova Azərbaycan Konstitusiyasının dövlətçilik ənənələrinin möhkəmlənməsindəki əhəmiyyətindən, ölkədə insan hüquq və azadlıqlarının qorunmasında oynadığı roldan danışıblar.
Çıxışçılar vurğulayıblar ki, Konstitusiya müstəqil dövlətimizin başlıca hüquqi-siyasi dayağı olmaqla yanaşı, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəddir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.