Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra mərkəzi və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri həyata keçirilmişdir.
Masallı rayonunda rayon İcra Hakimiyyəti, bələdiyyə, idarə, müəssisə, təşkilat və xeyriyyəçilər tərəfindən aşağıda qeyd olunmuş işlər görülmüşdür.
47 saylı Yol İstismarı MMC tərəfindən Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində şəhid Ziya Gözəlovun adına olan küçəyə 500 metr məsafədə asfalt örtüyü döşənmişdir.
Musakücə kəndində bələdiyyə tərəfindən 80 metr məsafədə kənddaxili yola çınqıl döşənmişdir.
Hişkədərə ərazisində bələdiyyə tərəfindən bağçaya gedən yola çınqıl döşənmişdir.
Hişkədərə ərazisində şəhid Rahid Sadıqovun ailəsinin yaşadığı evə gedən küçəyə 120 metr məsafədə çınqıl döşənmişdir.
Qarğalıq ərazisinin Şəhriyar kəndində bələdiyyə tərəfindən 700 metr məsafədə yol qreyderlə hamarlanmış və 150 metr məsafədə yola çınqıl döşənmişdir.
Mahudavar ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən 150 metr məsafədə küçəyə çınqıl döşənmişdir.
47 Saylı Yol İstismarı MMC tərəfindən Tüklə ərazisinin Məmmədoba kəndində bələdiyyənin maliyyə dəstəyi ilə şəhid Füzuli Əliyevin ailəsinin yaşadığı küçəyə 150 kv.metr asfalt örtüyü döşənmişdir.
46 Saylı Yol İstismarı MMC tərəfindən Səmədxanlı ərazisində şəhid Rasim Ağayev adına küçəyə 1100 kv.metr asfalt örtüyü döşənmişdir.
Qarğalıq kəndində şəhid Ədalət Vəliyev adına olan küçəyə 420 metr və şəhidlər abidə kompleksinə 110 kv.metr asfalt döşənmişdir.
Şərəfə ərazisinin Ağakişibəyli kəndində xeyriyyəçilər tərəfindən 4 km məsafədə kənddaxili yol qreyderlə hamarlannmışdır.
Bədəlan ərazisində şəhid Davud Qulamov və Arif Fərzullayevin adını daşıyan küçə 900 metr məsafədə qreyderlə hamarlanmışdır.
Mahmudavar ərazisində 250 metr məsafədə kənddaxili yola çınqıl döşənmişdir.
Kolatan bələdiyyəsi tərəfindən Sığdaş kəndindən Hampa dağına 1 km uzunluğunda yol çəkilir.
Kolatan bələdiyyəsi tərəfindən uzunluğu 4 km olan Xanalıyan-Bədəlan yolu əsaslı təmir olunur.
Güllütəpə kəndində şəhid Firdovsi Bağırzadə küçəsinə 46 saylı Cəlilabad yol istismar idarəsi tərəfindən 1 km məsafədə asfalt örtüyü döşənmişdir.
Masallı şəhər qəbiristanlığına ümumilikdə 36 ton çınqıl döşənmişdir.
Təzə Alvadı kəndində şəhid Eltac Əhədovun ailəsinin yaşadığı evə gedən yol və həyətinə 46 saylı Cəlilabad yol idarəsi tərəfindən asfalt örtüyü döşənmişdir.
Xıl ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 450 metr kənd daxili yola çınqıl tökülərək hamarlanmışdır.
Hişkədərə kəndində xeyriyyə cəmiyyəti tərəfindən 450 metr yol kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. (1150 manat)
Yeddioymaq bələdiyəsi tərəfindən Şıxlar kəndində 70 mert kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Həsənli ərazi nümayəndəliyinin və Xırmandalı bələdiyyəsinin təşəbbüsü ilə Köçəkli kəndində xeyriyyəcilərin maddi dəstəyi ilə 250 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. (2250 manat)
Həsənli ərazi nümayəndəliyinin təşəbbusü ilə Xırmandalı bələdiyyəsi tərəfindən ərazinin Həsənli kəndində 3,2 km məsafədə kənddaxili yol qrederlə hamarlanmışdır.
Türkoba kəndində ərazi nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə 120 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Boradigah ərazisində xeyriyyəçilər tərəfindən 1080 kv.metr ölçüdə asfalt örtüyü döşənmişdir
Şərəfə kəndində şəhid Ramazan Vəliyev küçəsinə 46 saylı Yol İstismarı MMC tərəfindən 370 metr məsafədə asfalt örtüyü döşənmişdir. Kənd sakinləri tərəfindən yeni asfalt örtüyünün üzərinə 20 paçka sement yayılmışdır.
Təzəkənd ərazi nümayəndəliyinin təşəbbüsü və Təzəkənd xeyriyyə fondunun maddi dəstəyi ilə 900 metr kənd daxili yola çınqıl tökülmüş və əlavə olaraq 2,5 km məsafədə kənddaxili yol qrederlə hamarlanmışdır.
Sığdaş ərazisinin Babaküçə kəndində xeyriyyəçilər tərəfindən 1,5 km yola çınqıl tökülərək hamarlanmışdır.
Qəriblər məktəbinin giriş qapısına çınqıl tökülərək hamarlanmışdır.
Təzə Alvadı kəndində xeyriyyəçilər tərəfindən 800 metr yola çınqıl tökülərək hamarlanmışdır.
Masallı bələdiyyəsi tərəfindən Masallı şəhər ərazisində məhəllədaxili yolların cari təmirinə başlanılmışdır.
Yeyənkənd ərazisinin Abasbəyli kəndində xeyriyyəçilər tərəfindən 200 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (1100 manat).
Mahmudavar ərazisinin Rüdəkənar kəndində xeyriyyəçilər tərəfindən 200 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Xırmandalı kəndində nümayəndəliyin və Xirmandalı bələdiyyəsinin təşəbbüsü ilə 47 saylı Yol istismarı idarəsi tərəfindən kənddaxili 50 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Sərçuvar-Sirəbil yoluna Xıl bələdiyyəsinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 400 metr məsafədə yola çınqıl tökülərək hamarlanmışdır. Əlavə olaraq Sirəbil məscidinin həyətinə 50 metr məsafədə çınqıl tökülərək hamarlanmışdır.
Hişkədərə kəndində 450 metr məsafədə yeni məhəlləyə nümayəndəlik, bələdiyyə və xeyriyyəçilərin birgə təşkilatçılı ilə çınqıl tökülərək hamarlanmışdır. (1175 manat)
Eminli kəndinin mərkəzi yolu 47 saylı Yol İstismarı MMC tərəfindən cari təmir olunmuşdur.
Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 150 metr kənddaxili yol asfalt qırıntısı ilə cari təmir olunmuşdur. (1000 manat).
Masallı şəhərində bələdiyyə tərəfindən 5 küçəyə çınqıl tökülərək hamarlanmışdır.
Birinci Yeddioymaq kəndində bələdiyyə tərəfindən 500 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Həsənli ərazisinin Köçəkli kəndində nümayəndəlik və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 400 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. (2220 manat)
Qarğalıq ərazisində keçirilmiş səyyar qəbulda Qarğalıq-Şəhriyar kəndləri arasında olan yolun cari təmir olunması təklif olunmuş və qeyd olunan 350 metr məsafədə olan yol 47 saylı Yol İstismarı MMC tərəfindən cari təmir edilmişdir.
Güllütəpə ərazisinin xeyriyyəçiləri tərəfindən 1,6 km məsafədə Yolağac-Xəlfələr yoluna çınqıl tökülərək 47 saylı Yol İstismarı İdarəsinin texnikası vasitəsi ilə hamarlanmışdır.
Şıxlar kəndində Yeddioymaq bələdiyyəsi tərəfindən paybəlli torpaqlara gedən 500 metr yol qreyderlə hamarlanmışdır.
Birinci Yeddioymaq kənd məscidinin yaxınlığında avtomobil dayanacağına Yeddioymaq bələdiyyəsi tərəfindən çınqıl tökülərək hamarlanmışdır.
Göyəçöl kəndində xeyriyyəçilər tərəfindən 300 metr yola çınqıl tökülərək hamarlanmışdır.
Həsənli ərazisinin Köçəkli kəndində bələdiyyə tərəfindən 100 metr məsafədə kənddaxili yola çınqıl döşənmişdir.