02 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı rayonunun Sərçuvar kəndində “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
“Konstitusiya və Suverenlik ili”-nə həsr olunmuş ağacəkmə aksiyasında 350 ədəd müxtəlif növ meyvə və çinar ağacları əkilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.