03 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı şəhəri Nizami Gəncəvi adına Mədəniyyət Evində növbəti səyyar görüş-qəbul keçirmişdir.
Görüş-qəbulda İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və media təmsilçiləri iştirak etmişlər.
Tədbirin əvvəlində rayon rəhbəri geniş məruzə ilə çıxış edərək Masallı rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, həmçinin icrada olan və yaxın dövr üçün nəzərdə tutulan layihələr barədə ətraflı məlumat vermişdir. Daha sonra İcra başçısı sözü Masallı şəhəri üzrə İcra nümayəndəsi Həbib Həbibova verərək, şəhərdə son dövrlərdə görülmüş işlər barədə hesabat təqdim etməsini bildirmişdir.
İcra nümayəndəsi Həbib Həbibov çıxışında şəhər üzrə aparılan abadlıq və infrastruktur işləri barədə məlumat vermişdir. O qeyd etmişdir ki:
• Şəhərin əsas və ara küçələrində asfalt örtüyü yenilənmiş,
• Ara yollara çınqıl daşları tökülərək hamarlanmış,
• Mərkəzi küçələrdə kompleks asfaltlanma işləri aparılmış,
• Şəhərdaxili işıq dirəkləri yenilənmiş,
• Piyada səkiləri salınmış, küçələrin işıqlandırılması və abadlıq işləri icra olunmuş,
• Evləri yanmış və sosial həssas təbəqədən olan şəxslərə yardımlar göstərilmiş,
• Yol keçidlərində təmir-bərpa işləri yerinə yetirilmiş,
• 63 aztəminatlı ailəyə məktəbli geyimləri təqdim olunmuş,
• Masallı şəhər qəbiristanlığında pilləkənlər salınmış,
• Seybətin qəbiristanlığında 4288 manat dəyərində təmir-bərpa işləri aparılmış,
• Şəhər küçələri üçün 30 ədəd zibil qabı alınmış,
• Park və istirahət guşələrində oturacaqlar rənglənmiş və yenilənmiş,
• Şəhid ailələrinin evlərinə gedən küçələrdə 970 min manat dəyərində asfalt örtüyü döşənmişdir.
Səyyar qəbul zamanı vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, köhnə məktəb binasının təmiri, məşğulluq məsələləri, ərazidə yerləşən qəbiristanlıq üçün əlavə torpaq sahəsinin ayrılması, sosial müavinətlər və digər məsələlərlə bağlı müraciətlər etmişlər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilmiş, məsələlər müzakirə olunmuş və qaldırılan problemlərin bir qismi yerində həll edilmiş, digər məsələlərin operativ şəkildə icrası üçün müvafiq qurumlara tapşırıqlar verilmişdir.