AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu

  • + A
  • - A
  • 3-12-2025, 16:22

    Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu

    03 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, Masallı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tohid Hüseynov, Rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, müvafiq ərazi nümayəndələri, bələdiyyə sədrləri və media nümayəndələri rayonda yaşayan bir qrup əlilin evində olmuş, onların vəziyyəti ilə maraqlanmışlar.

    Masallı şəhərində İsayeva Aygün Kərim qızı, Həsənova Leyla Sabir qızı, Boradigah qəsəbəsində Cəfərov Cəmil Əlicəfər oğlu, Bədəlan kəndində Həsənov Əli Rövşən oğlu, I Yeddioymaq kəndində Abasov Mehdi Elbəyi oğlu, Viləş kəndində Rüstəmova Rübabə Xanəli qızı, Xırmandalı kəndində Əsədova Gülbəniz Mənsur qızı, Təzə Alvadı kəndində Əliyev Ramiq Əlipaşa oğluna bayram payı vermişlər.


    Əlillərin ailə üzvləri əlillərə göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya. rayon rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR