Masallı Rayon Statistika İdarəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstəricilərinə əsasən verilən məlumatda bildirilir ki, 2025-ci ilin əvvəlinə Masallı rayonunda 13 108 nəfər əlilliyi olan şəxs qeydə alınıb. Onların 5 989 nəfəri qadınlardır.
Əlilliyi olan şəxslərin strukturunda 18 və daha yuxarı yaşda olanların xüsusi çəkisi üstünlük təşkil edir. Belə ki, bu yaş qrupunda 12 035 nəfər əlilliyi olan şəxs mövcuddur və onların 5 572-si qadınlardır.
Rayonda əlilliyi olan uşaqların sayı 1 073 nəfərdir. Onlardan 417 nəfəri qız uşaqlarıdır.
Həmçinin qeyd olunmalıdır ki, Lənkəran-Astara iqtisadi rayonunda ən çox əlilliyi olan şəxslər Masallı rayonunda qeydə alınmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.