04 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Qəbulda Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, həmçinin bələdiyyə sədrləri iştirak etmişlər. Vətəndaşların müraciətləri və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər qeydiyyata alınmışdır.
Qəbulun sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən qaldırılan məsələlərin operativ və qanunvericiliyə uyğun şəkildə həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.