AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı

  • + A
  • - A
  • 15-12-2025, 15:15

    Masallıda Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı

    15 dekabr 2025-ci il tarixində Viləş kəndində şəhid Vəliyev Balaqardaş Fərhad oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.

    Şəhid Balaqardaş Vəliyevin şəhadətə yüksəlməsinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, İnformasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri ilə birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR