AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxı–Dəmirçi yolunda və Avaxlı kəndində buzlanmaya qarşı operativ tədbirlər görülür

  • + A
  • - A
  • 18-12-2025, 15:34

    Şamaxı–Dəmirçi yolunda və Avaxlı kəndində buzlanmaya qarşı operativ tədbirlər görülür

    Yağan qar və hava şəraitinin kəskin pisləşməsi nəticəsində Şamaxı–Dəmirçi avtomobil yolunun 24-cü kilometrliyində buzlanma yaranıb. Yolda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə AAYDA nəzdində fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı Yol İstismarı MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti dərhal əraziyə cəlb olunub. Hazırda yolun buz bağlamış hissələrinə qum və duz qarışığı səpilir, təmizləmə işləri fasiləsiz şəkildə davam etdirilir.

    Eyni hava şəraiti səbəbindən Şamaxı rayonunun Avaxlı kəndində də yollar buz bağlayıb. Kənd daxili yollarda da analoji tədbirlər görülür, nəqliyyat vasitələrinin və sakinlərin təhlükəsiz hərəkəti üçün qum-duz məhsulları səpilir, vəziyyət nəzarətdə saxlanılır.

    19 nömrəli xüsusi təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı bildirib ki, dövlətin və AAYDA-nın vətəndaşlara göstərdiyi diqqət və qayğı hər zaman prioritetdir:
    “Qarlı və şaxtalı hava şəraitində əsas məqsədimiz insanların təhlükəsizliyini təmin etməkdir. Dövlətimizin tapşırıqlarına uyğun olaraq, AAYDA-nın xətti ilə bütün texniki və insan resurslarımız səfərbər edilib. Şamaxı–Dəmirçi yolunda, eləcə də Avaxlı kəndində aparılan işlər fasiləsiz davam edəcək. Vətəndaşlarımızın rahat və təhlükəsiz hərəkəti üçün bütün zəruri tədbirlər görülür.”

    Hazırda ərazilərdə monitorinq aparılır, zərurət yarandıqda əlavə texnika və qüvvələrin cəlb edilməsi nəzərdə tutulur. AAYDA və yol istismar xidmətləri hava şəraitinə uyğun olaraq operativ fəaliyyətini davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR