2025‑ci il Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli elan olunub. Bu il Konstitusiyanın qəbulunun 30‑cu ildönümü və dövlətin tam suverenlik hüquqlarının bərpası ilə əlaqədar qeyd olunur. Prezident İlham Əliyev bu münasibətlə amnistiya aktının qəbul edilməsi təşəbbüsünü Milli Məclisə təqdim edib. Bu təşəbbüs ölkə rəhbərliyi tərəfindən sosial humanist addım kimi qiymətləndirilir və cəmiyyət tərəfindən müsbət qarşılanır.
Amnistiyanın məzmunu və kimləri əhatə edə biləcəyi layihəyə görə amnistiya aktı ölkə tarixində ən genişmiqyaslı ola bilər və təxminən 20 000‑dən çox şəxsə tətbiq edilmək ehtimalı var. Təklif olunan əhatə kateqoriyaları 2020‑ci ilin 44 günlük Vətən müharibəsində və 2023‑cü ilin sentyabr anti‑terror əməliyyatında iştirak etmiş şəxslər bu əməliyyatlarda həyatını itirmiş və ya itkin düşmüş şəxslərin yaxınları Müharibə nəticəsində əlilliyi yaranmış şəxslər - Yaşlılar, qadınlar, məhkum olunmuş, lakin ictimai təhlükə yaratmayan şəxslər, Cinayət məsuliyyətindən azad olunmaq üçün müəyyən digər kateqoriyalar Amnistiyanın tətbiqi həm azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərə azadlıq, həm də digər cəza növlərinə görə yüngülləşdirmə imkanları verə bilər.
Hüquqi mexanizm amnistiya aktı parlament tərəfindən qəbul edilir. Prezident yalnız təşəbbüs irəli sürə bilər, Milli Məclisin səsverməsi nəticəsində akt qanun halını alır.
Elçin Ələkbərov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.