Biləsuvar şəhərində qaz xəttində sızma olub, rayon mərkəzinin bir hissəsi qazsız qalıb.
"Report"un Muğan bürosunun məlumatına görə, sızma şəhərin H.Əliyev prospekti istiqamətində yerləşən xətlərdən birində qeydə alınıb.
Nəticədə şəhərin bir hissəsinin qaz təchizatı dayandırılıb.
Hazırda həmin ərazidəki xətdə təmir-bərpa işləri aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.