AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dövlətçilik tariximizin Zəfər mərhələsi”

  • + A
  • - A
  • Bu gün, 07:27

    “Dövlətçilik tariximizin Zəfər mərhələsi”

    Cənab Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini - 86,6 min kv. km-lik torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun təminini bir həmlə ilə həll etdi.

    Zati-aliləri Azərbaycanı iki əsrdir təhdid edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, "dənizdən-dənizə" xülyalarını puç etdi, eyni zamanda Azərbaycanın təhlükəsizlik sisteminin, nəhayət ki, tam formalaşmasına, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu.

    Beləliklə, həm də Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Komandanımızın rəhbərliyi ilə məhz "Heydər Əliyev İli"ndə gerçəyə çevrildi. Son beş əsrlik tariximizin ən böyük qəhrəmanlıq səhifəsinin məhz bu yubiley ilində tarixə yazılması həm də Lider, Xalq, Ordu birliyinin sarsılmazlığının, onun Dahi Öndərin işıqlı ideallarına, arzularına sonsuz məhəbbətinin və sədaqətinin parlaq təzahürüdür.



    Sərraf Xudaverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR