AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaş qəbulu keçirib

  • + A
  • - A
  • 25-12-2025, 17:00

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaş qəbulu keçirib

    25 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Masallı rayonunda, Viləşçay su anbarının inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib.

    Qəbuldan öncə Agentliyin sədri Zaur Mikayılov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılan abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar.

    Vətəndaşların müraciətləri əsasən əkin sahələrinin suvarma suyu ilə təminatı, suvarma kanallarının təmiri və beton üzlüyə alınması, subartezian quyularının qazılması və təmiri, içməli su təchizatı, kanalizasiya sistemləri, eləcə də işə qəbul məsələləri ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib, digərləri isə araşdırılması üçün nəzarətə götürülüb.

    Sakinlər vətəndaş qəbullarının bölgələrdə təşkil olunmasına görə razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR