30 dekabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Milli dəyərlər və həmrəylik – milli birlikdən gələcəyə” adlı konsert proqramı təşkil olunmuşdur.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə və müəssisə rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, təhsil və mədəniyyət sahəsinin nümayəndələri, eləcə də ictimaiyyət iştirak etmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir.
Sonda konsert proqramı təqdim olunmuş, yerli ifaçıların və kollektivlərin rəngarəng çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.