AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda RİH-nin başçısı I Qarabağ müharibəsi şəhidinin adına olan küçədə asfaltlanma işləri ilə tanış olub

  • + A
  • - A
  • 30-12-2025, 17:33

    Masallıda RİH-nin başçısı I Qarabağ müharibəsi şəhidinin adına olan küçədə asfaltlanma işləri ilə tanış olub

    30 dekabr 2025-ci il tarixində Masallı rayonunun Lürən ərazisinə daxil olan Pircana kəndində I Qarabağ müharibəsi şəhidi Şükürov Faiq Xubalı oğlunun adını daşıyan küçədə abadlıq işləri həyata keçirilmişdir.

    Aparılan işlər çərçivəsində sözügedən küçənin 700 metr uzunluğunda və 3,70 metr enində hissəsi müasir standartlara uyğun şəkildə asfalt örtüyü ilə təmin olunmuşdur.


    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, I müavini Tohid Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nahid Həsənov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev ərazidə olaraq aparılan asfaltlanma işləri ilə yerində tanış olmuşlar.

    Görülən işlərin gedişi və icra vəziyyəti Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətləndirilmişdir.


    Rayon rəhbəri səfər zamanı şəhidin ailə üzvləri, kənd sakinləri və ağsaqqallarla görüşmüş, onların rəy və təkliflərini dinləmişdir.

    Görüşdə şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanmışdır.

    Sonda cənab Araz Əhmədov şəhidin doğmalarını və kənd sakinlərini qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara sağlamlıq və firavanlıq arzulamışdır.

    Şəhid ailəsi və kənd ictimaiyyəti görülən işlərə və göstərilən diqqətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR