AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirdi

  • + A
  • - A
  • 14-01-2026, 17:07

    Masallıda İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirdi

    14 yanvar 2026-cı il tarixində Masallı rayonunun Həsənli kənd inzibati ərazi dairəsinə daxil olan Köçəkli kənd tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun səyyar görüş-qəbulu keçirilmişdir.

    Səyyar görüş-qəbulda Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, rayon prokuroru Vəli Mustafayev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.

    Görüş-qəbulu giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı iştirakçıları salamlamış, daha sonra geniş məruzə ilə Köçəkli kəndinin tarixi barədə məlumat vermişdir. Bildirilmişdir ki, kəndin tarixi 400 ildən artıqdır. Çıxışda kəndin ilk məskunlaşan nəsilləri, xüsusilə Ağamirzəlilər haqqında məlumat verilmiş, Vətən müharibəsində kənd sakinlərindən 27 nəfərin iştirak etdiyi vurğulanmış, şəhid ailələri, kəndin ziyalıları, respublika miqyasında tanınmış alimləri və din xadimləri haqqında fikirlər səsləndirilmişdir.

    Daha sonra rayon İcra Hakimiyyəti başçısı sözü aparatın sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova vermişdir.
    Şöbə müdiri çıxışında Həsənli kənd inzibati ərazi dairəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
    Belə ki, ərazidə işıq və qaz təsərrüfatı üzrə aparılan tədbirlər, 1800 metr uzunluğunda yolun çınqıl daşla örtülməsi, 4230 metr uzunluğunda kanalın təmizlənməsi, kənddaxili işıqlandırma dirəklərində lampaların quraşdırılması, aztəminatlı ailələrə ümumilikdə 1350 manat məbləğində maddi yardımın göstərilməsi, məktəblilərə geyim və məktəb ləvazimatlarının hədiyyə olunması, həmçinin kənddə yerləşən şəhid lövhələrinin və kənd girişindəki ad lövhəsinin yenilənməsi qeyd olunmuşdur.

    Daha sonra kənd sakinlərinin müraciətləri Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dinlənilmişdir.

    Vətəndaş müraciətləri əsasən aşağıdakı məsələlərlə bağlı olmuşdur:
    1. Təsərrüfat və tərəvəzçiliyin inkişafı məqsədilə su ehtiyatlarının artırılması;
    2. Elektrik enerjisinin fasilələrlə verilməsi probleminin aradan qaldırılması;


    3. Həsənli kənd tam orta məktəbinin binasında təmir işlərinin aparılması;
    4. Yol şəraitinin yaxşı olması səbəbindən kənd ərazisində 102 və 103 xidmətlərinə edilən müraciətlərə aidiyyəti qurumların əməkdaşlarının operativ şəkildə reaksiya verməsi ilə bağlı razılığın bildirilməsi və s


    Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, digər müraciətlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

    Səyyar görüş sakinlər tərəfindən razılıqla qarşılanmış, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq bildirilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR