AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

  • + A
  • - A
  • 20-01-2026, 11:11

    Masallıda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

    20 yanvar 2026-cı il tarixində Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkı – Şəhidlər abidə-kompleksində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

    Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, eləcə də bələdiyyə sədrləri iştirak etmişlər. Anım mərasimi zamanı ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik məqamına yüksələn qəhrəman oğullarımızın xatirəsi ehtiramla yad edilmiş, şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulmuş, onların xatirəsi dərin ehtiramla yad edilmişdir.


    Tədbirin davamında Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov çıxış edərək 1990-cı il 20 Yanvar tarixində sovet imperiyası tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciənin mahiyyəti, tarixi-siyasi əhəmiyyəti, habelə xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə tutduğu mühüm yer barədə geniş məlumat vermişdir.

    Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının sarsılmaz iradəsini, müstəqillik əzmini və milli birliyini bütün dünyaya nümayiş etdirən şanlı və eyni zamanda faciəli tarix səhifəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR