Fevralın 9-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayon ərazisində yerləşən şəhid məzarlarını ziyarət edib. Ziyarətdə hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının I müavini , başçının müavini, ərazi nümayəndəliyi, media və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Şəhidlərin məzarları önünə gül dəstələri düzülərək, xatirələri ehtiramla yad edilmişdir.
Ziyarət zamanı “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayevin məzarı ziyarət olunaraq, ruhuna dualar oxunmuşdur. Uzun illər rayonun ictimai-siyasi və təhsil həyatında fəal fəaliyyət göstərmiş Qardaş Fətullayev müxtəlif dövlət təltiflərinə layiq görülmüş, 6 fevral 2026-cı ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.