AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri səyyar qəbul keçirdi

  • + A
  • - A
  • 11-02-2026, 15:30

    Masallıda rayon rəhbəri səyyar qəbul keçirdi

    11 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı rayonunun Türkoba kənd inzibati ərazi dairəsinə daxil olan Qəzvinoba kənd tam orta məktəbində vətəndaşlarla səyyar görüş-qəbul keçirmişdir.

    Səyyar görüş-qəbulda Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə və digər məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, media nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

    Görüş zamanı rayon rəhbəri əvvəlcə kəndin tarixi barədə geniş məlumat vermiş, Türkoba kənd inzibati ərazi dairəsindən çıxmış ziyalılar, akademiklər, elmlər namizədləri, hüquqşünaslar və din xadimləri haqqında danışmışdır. Bildirilmişdir ki, Qəzvinoba kəndinin tarixi qədim dövrlərə dayanır və yaşayış məskəni kimi formalaşması XIII əsrə təsadüf edir.

    Rayon icra hakimiyyətinin başçısı çıxışı zamanı Qəzvinoba kəndindən respublika səviyyəsində tanınmış şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi sistemində çalışan əməkdaşlar, səhiyyə işçiləri və digər nüfuzlu ziyalılar barədə məlumat vermişdir.

    Daha sonra rayon rəhbəri tərəfindən qeyd edilmişdir ki, Böyük Vətən müharibəsi illərində Türkoba ərazi dairəsi üzrə 130 nəfər cəbhəyə yollanmış, onlardan 35 nəfəri döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

    Tədbirin davamında Masallı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən söz sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir.

    Şöbə müdiri çıxışında ərazidə həyata keçirilmiş işlər barədə ətraflı məlumat vermişdir.

    Belə ki,Boradigah-Türkoba yolunun üzərində svetofor quraşdırılmışdır.

    Sonra qeyd olunmuşdur ki, Türkoba kəndində 1500 metr məsafədə suaxıcı kanalı təmizlənmiş, Paybəlli torpaq sahələrinə gedən 7 kilometr uzunluğunda yol qreyderlənmişdir. Hazırda ərazidə mərasim zalının tikintisi işlərinə başlanılmış və tikinti işləri davam etdirilir.

    Bununla yanaşı, kəndarası yolların bir hissəsinə çınqıl örtüyü döşənmiş, məişət tullantılarının daşınmasının təşkili təmin edilmişdir. Həmçinin kənd ərazisində yeni transformator quraşdırılmışdır.

    Famil Cəfərov çıxışında əlavə olaraq bildirmişdir ki, aztəminatlı ailələrin övladları üçün məktəb ləvazimatları və hədiyyələr təqdim edilmiş, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ərazidə 270 ədəd ağac əkilmişdir. Ərazidə şəhidlərin xatirəsinə həsr olunmuş plakatlar yenilənmişdir.

    Daha sonra rayon rəhbəri Araz Əhmədov vətəndaşların müraciətlərini dinləmişdir.

    İlk olaraq müraciət edən vətəndaş Qəzvinoba kəndində yeni məktəb binasının tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova kənd sakinləri adından minnətdarlığını bildirmişdir.

    Digər çıxış edən vətəndaş isə kənd ərazisində yerləşən körpünün təmiri ilə bağlı məsələ qaldırmışdır.

    Növbəti müraciətdə kənd sakini yaşadığı evin elektrik enerjisi təchizatı ilə bağlı yaşadığı problemi diqqətə çatdırmışdır.

    Digər müraciətdə vətəndaş evinin həyətyanı sahəsinə gedən yolun yağış suları nəticəsində yararsız vəziyyətə düşdüyünü bildirərək həmin əraziyə çınqıl daşının tökülməsinə köməklik göstərilməsini xahiş etmişdir.

    Növbəti müraciət kəndin əsas yolunda sürətölçən radarın quraşdırılması ilə bağlı olmuşdur. Daha bir vətəndaş isə kənd ərazisində elektrik enerjisinin tez-tez kəsilməsi nəticəsində yaranan çətinlikləri diqqətə çatdırmışdır.

    Digər müraciətlər də rayon rəhbəri tərəfindən dinlənilmişdir. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlərin isə qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumlara ünvanlanacağı bildirilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR