AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət edib

  • + A
  • - A
  • 11-02-2026, 18:34

    Masallıda İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət edib

    11 fevral 2026-cı il tarixində Türkoba ərazisinin Qəzvinoba kəndində təşkil olunan vətəndaş qəbulu başa çatdıqdan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun iştirakı ilə şəhidlərin məzarları ziyarət olunub. Ziyarətdə rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, yerli idarəetmə orqanlarının nümayəndələri, din xadimləri, media təmsilçiləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Ziyarət zamanı Vətən müharibəsi qəhrəmanlarının məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Çıxış edənlər şəhidlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri misilsiz igidlikdən bəhs edərək, onların qəhrəmanlıq salnaməsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıblar.

    Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR