AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib

  • + A
  • - A
  • 12-02-2026, 11:44

    Masallı rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib

    12 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib.

    Qəbul zamanı rayon sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

    Ərkivan qəsəbə sakini torpaq sahəsi ilə bağlı yaranmış mübahisəli vəziyyət barədə müraciət edərək, torpaq bölgüsü ilə əlaqədar anlaşılmazlığın mövcud olduğunu bildirib və məsələnin həllində köməklik göstərilməsini xahiş edib.

    Qədirli kənd sakini müraciəti əsasında elektrik enerjisi borcunun həlli istiqamətində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.

    Xırmandalı kənd sakini işlə təmin olunması ilə bağlı müraciət edərək, maddi vəziyyətinin çətin olduğunu qeyd edib və işlə təmin olunmasına köməklik göstərilməsini İcra başçısından xahiş edib.

    Səmidxan kənd sakini kredit öhdəlikləri ilə bağlı yaranmış məsələnin həlli üçün müraciət edib.

    Masallı şəhər sakini isə illər əvvəl ona məxsus olduğunu iddia etdiyi obyektin söküldüyünü bildirərək, həmin ərazidə və ya şəhərin digər hissəsində avtoservis fəaliyyəti ilə məşğul olmaq məqsədilə ona torpaq sahəsinin ayrılması barədə müraciət edib.

    Qəbul zamanı qaldırılan məsələlər rayon rəhbəri tərəfindən nəzarətə götürülüb, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR