Gecə saatlarında Şamaxının Nağaraxana-Pirqulu Dəmirçi yolunda yolun hərəkət hissəsində buzlaşma qeydə alınıb. Dərhal əraziyə AAYDA nəzdində "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin xüsusi təyinatlı texnikası vasitəsilə yola qum və duz qarışığı səpilib.
İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə hazırda Nağaraxana-Pirqulu Dəmirçi yolunda yaranmış problem aradan qaldırılıb. Avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.