AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan strateji tərəfdaş ölkə olaraq dünyanın güc mərkəzləri ilə uğurla əməkdaşlıq edir

  • + A
  • - A
  • Dünən, 10:40

    Azərbaycan strateji tərəfdaş ölkə olaraq dünyanın güc mərkəzləri ilə uğurla əməkdaşlıq edir

    Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı dövləti kimi beynəlxalq münasibətlər sistemində mühüm mövqeyə malikdir. Strateji tərəfdaş ölkə olaraq respublikamız dünyanın əsas güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan siyasət yürüdür. Bu yanaşma ölkənin siyasi sabitliyini, iqtisadi inkişafını və regional nüfuzunu daha da möhkəmləndirir.

    İlham Əliyevin “Azərbaycana yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş çıxışında vurğulandığı kimi, müasir dövrdə rəqəmsallaşma yalnız texnoloji yenilik deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın və təhlükəsizlik sisteminin əsas dayağıdır. Dövlət başçısı qeyd etmişdir ki, rəqəmsal transformasiya Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir, şəffaflığı artırır və innovativ inkişaf modelini gücləndirir.

    Prezidentin çıxışında xüsusi olaraq bildirilib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində yüksək texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal infrastruktur sahələrində yeni mərhələyə qədəm qoyur. Bu isə ölkənin həm enerji, həm də nəqliyyat-logistika sahəsində əldə etdiyi uğurları rəqəmsal platformada davam etdirməsinə imkan yaradır.

    Azərbaycanın strateji tərəfdaşlıq siyasəti balanslı və çoxşaxəlidir. Ölkəmiz Avropa, Asiya və digər regionların aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq quraraq siyasi dialoqu, iqtisadi əlaqələri və texnoloji tərəfdaşlığı genişləndirir. Rəqəmsal arxitektura isə bu münasibətlərin daha səmərəli və davamlı şəkildə inkişafına xidmət edir.

    Nəticə etibarilə, Prezident İlham Əliyevin müəyyən etdiyi yeni rəqəmsal inkişaf xətti Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən, iqtisadi dayanıqlığını artıran və ölkəni regionun innovasiya mərkəzinə çevirən strateji yol xəritəsidir.


    Daşqın Babayev, YAP Aztelekom MMC- nin Cənub regional filialı ərazi partiya təşkilatının sədri.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR