AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib

  • + A
  • - A
  • Bu gün, 16:30

    “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib

    Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə çıxış edərək qeyd edib ki, biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək.

    Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi isə gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.

    Bizim neft-qaz və bağlantılar sahəsində böyük təcrübəmiz var – beynəlxalq şirkətlərlə əlaqələrimiz, bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz bunu sübut edir. Çünki bunlar həm bilik, bacarıq və texniki keyfiyyətlər, eyni zamanda geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda, müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz, həm də artıq yaradılmış platformalarımız var.

    Nəqliyyat və energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilərkən, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması istiqamətində təşəbbüslərimiz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafını təmin etməlidir.

    Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə və ya ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində mövqeyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.

    Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə süni intellekt agentləri – belə adlandırılır – kömək göstərir. Çünki hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarda təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər. Özəl sektora gəldikdə isə, burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektorda bu sahəyə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik – bu barədə də təkliflər veriləcək.

    Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR