18 fevral 2026-cı il tarixdə Öncəqala ərazisinin Hüseynhacılı kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən şəhidlərin məzarları ziyarət olunmuşdur.
Ziyarətdə başçının birinci müavini Tohid Hüseynov, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Şəhidlərin məzarları önünə tər gül dəstələri qoyulmuş, onların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Bildirilmişdir ki, şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması daim diqqət mərkəzində saxlanılır.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.