AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda yetkinlik yaşına çatmayanların maarifləndirilməsinə həsr olunmuş tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 16:36

    Masallıda yetkinlik yaşına çatmayanların maarifləndirilməsinə həsr olunmuş tədbir keçirilib

    19 fevral 2026-cı il tarixində Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın, erkən nikaha cəlb olunma hallarının və digər zərərli meyillərin qarşısının alınması məqsədilə maarifləndirici tədbir təşkil olunub.

    Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev, Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil sektorunun müdiri Elman Rzayev, ərazidə yerləşən ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, eləcə də valideynlər iştirak ediblər.

    Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra Masallı Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Azay Ağayev və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil sektorunun müdiri Elman Rzayev çıxış edərək gənclər arasında narkomanlığın fəsadları, erkən nikahın hüquqi və sosial nəticələri, eləcə də yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri barədə ətraflı məlumat veriblər.

    Çıxışlar zamanı şagirdlərə məktəbə gətirilməsi qadağan olunan əşyalar — kəsici və deşici alətlər, təhlükəli, zəhərli və tezalışan maddələr, kibrit və alışqanlar, siqaret və elektron siqaretlər, spirtli içkilər, müxtəlif zinət və aksesuarlar, habelə qanunla istifadəsi qadağan edilmiş maddələr barədə geniş izahlar verilib. Eyni zamanda yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmalar, məişət zorakılığı, psixoloji təzyiq, cinsi və əmək istismarı, erkən nikaha cəlb olunma halları ilə bağlı maarifləndirici məlumatlar diqqətə çatdırılıb.

    Bununla yanaşı, gənclərin hüquq-mühafizə orqanlarında xidmətə marağının artırılması məqsədilə Azərbaycan Respublikası Polis Akademiyasında təhsil imkanları barədə məlumat verilib, bu istiqamətdə təşviqedici söhbətlər aparılıb.

    Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib və maarifləndirici müzakirələr aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR