AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rayon rəhbəri Vətən müharibəsi şəhidinin atasını xəstəxanada ziyarət edib

  • + A
  • - A
  • Bu gün, 15:00

    Rayon rəhbəri Vətən müharibəsi şəhidinin atasını xəstəxanada ziyarət edib

    27 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, İcra hakimiyyəti aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, eləcə də Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞnin direktoru İlqar Ramizoğlu Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atası Aqil Nağıyevi ziyarət ediblər.

    Ziyarət zamanı şəhid atasının səhhəti ilə yaxından maraqlanılıb, ona göstərilən tibbi xidmətin keyfiyyəti barədə məlumat alınıb, müalicə prosesinin davamlı nəzarətdə saxlanıldığı bildirilib. Rayon rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən dövlət qayğısının daim diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

    Şəhid atası Aqil Nağıyev ona göstərilən diqqət və qayğıya görə İlham Əliyev, Mehriban Əliyeva və rayon rəhbərliyinə dərin minnətdarlığını ifadə edib, şəhid ailələrinə göstərilən sosial və mənəvi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

    Ziyarət səmimi söhbət və şəhid ailələrinə ehtiramın ifadə olunması ilə yekunlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR