AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

  • + A
  • - A
  • 6-03-2026, 18:24

    Masallıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

    06 mart 2026-cı il tarixində Masallı rayonunda təhsil işçilərinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

    Tədbirdə çıxış edən Masallı rayon Təhsil sektorunun müdiri bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edərək, onların cəmiyyətimizin inkişafında, xüsusilə də gənc nəslin yetişdirilməsində və təhsil sahəsində göstərdikləri fədakar əməyin əhəmiyyətini vurğulayıb.

    Qeyd olunub ki, qadınlar ölkəmizin ictimai həyatında fəal rol oynayır, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və gələcək nəslin vətənpərvər ruhda tərbiyə olunmasına böyük töhfə verirlər. Çıxışlarda xanımlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulanıb.

    Tədbir çərçivəsində təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən bir neçə təhsil işçisinə təhsilin inkişafına verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim olunub.



    Tədbirin bədii hissəsində şagird və müəllimlərin ifasında rəngarəng musiqi nömrələri, rəqslər, instrumental ifalar və mahnılar təqdim olunub.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR