06 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Təzə Alvadı kəndində yaşayan I qrup əlil xanımı ziyarət edib.
Ziyarət zamanı rayon rəhbəri xanımın səhhəti və sosial vəziyyəti ilə yaxından maraqlanıb, onun gündəlik qayğıları və ehtiyacları barədə məlumat alıb. Bildirilib ki, dövlət tərəfindən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və həyat şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Söhbət zamanı xanım və ailəsi göstərilən diqqət və qayğıya görə İcra başçısı cənab Araz Əhmədova minnətdarlığını bildirib.
Qeyd edək ki, rayon rəhbəri tərəfindən şəhid ailələri, qazilər və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə mütəmadi görüşlər keçirilir, onların sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.