AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib

  • + A
  • - A
  • 12-03-2026, 10:15

    Masallı rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib

    12 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

    Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciətlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, onların problemləri ilə yerində tanış olunub və müvafiq məsələlərin araşdırılması üçün aidiyyəti tapşırıqlar verilib.

    Belə ki, ilk müraciət Xırmandalı kənd sakini tərəfindən ünvanlanaraq fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırılıb.

    Növbəti müraciət vətəndaşa məxsus evin tikintisinə yardım göstərilməsi ilə bağlı olub.

    Daha sonra Xıl kəndindən olan vətəndaş torpaq məsələsi ilə bağlı müraciətini diqqətə çatdırıb.

    Qəbul zamanı səsləndirilən digər müraciətlərdən biri isə Çaxırlı kənd sakini tərəfindən sosial yardımın təyin edilməsi ilə bağlı olub.

    Həmçinin Boradigah qəsəbəsindən olan vətəndaş rayon rəhbərinə fərdi görüş istəyi barədə xahişini bildirib.

    Vətəndaşlar tərəfindən qaldırılan müraciətlər rayon rəhbəri tərəfindən nəzarətə götürülüb. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlərin araşdırılması və həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR