AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulu keçirib

  • + A
  • - A
  • 19-03-2026, 12:55

    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulu keçirib

    19 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayon icra hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirmişdir.

    Qəbul zamanı vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmişdir.

    İlk olaraq Öncəqala kənd sakini, şəhid atası çıxış edərək rayon rəhbəri cənab Araz Əhmədova rayonda görülən işlərə görə minnətdarlığını bildirmiş, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırmışdır.

    O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə də rayon rəhbərinə təşəkkür etmişdir.

    Sonra Boradigah qəsəbə sakini çıxış edərək öz müraciətini rayon rəhbərinin diqqətinə çatdırmışdır. Vətəndaş müraciəti Dövlət Sosial Müdafiə Fondu ilə bağlı məsələni əhatə etmişdir.

    Qəbul zamanı digər vətəndaşların da müraciətləri İcra başçısı tərəfindən diqqətlə dinlənilmişdir. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmış, digərlərinin araşdırılması və həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR