AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri səyyar qəbul keçirdi

  • + A
  • - A
  • 1-04-2026, 15:15

    Masallıda rayon rəhbəri səyyar qəbul keçirdi

    01 aprel 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Qızılavar kəndində səyyar görüş-qəbul keçirmişdir. Görüşü açan rayon rəhbəri əvvəlcə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə başsağlığını bildirmiş, daha sonra kəndin tarixi, zəhmətkeş və ziyalı insanları, eləcə də sosial-iqtisadi inkişafı barədə məlumat vermişdir.

    Rayon rəhbəri qeyd etmişdir ki, kənd ərazisində XIX əsrə aid məscid mövcuddur. Bildirilmişdir ki, 1925–1926-cı illərdə Qızılavar kəndində iki sinifli məktəb fəaliyyətə başlamış, 1964-cü ildən isə tam orta məktəb kimi fəaliyyətini davam etdirmişdir.

    Daha sonra Araz Əhmədov sözü RİH başçısının sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova vermişdir.

    Şöbə müdiri ərazidə görülən işlər barədə məlumat vermişdir.

    Qeyd olunmuşdur ki, ərazidə infrastruktur və abadlıq tədbirləri çərçivəsində 750 metr yola şebel daşının döşənməsi, kənd qəbiristanlığına su xəttinin çəkilməsi, 2 kilometr yolun işıqlandırma xətlərinin yenilənməsi, 1.8 kilometr yolboyu ağacların budanması, mərasim evində təmir tikinti işlərinin aparılması, "Konstitusiya və Suverenlik" ili çərçivəsində keçirilən tədbirlər zamanı 120 ədəd ağacın əkilməsi, şəhid lövhələrinin və bayraqların ərazidə mütəmadi olaraq yenilənməsi işləri həyata keçirilmişdir. Həmçinin şəhid ailələrinə və aztəminatlı ailələrə yardımlar göstərilmişdir.

    Sonra rayon rəhbəri vətəndaşlar tərəfindən qaldırılan müraciətləri dinləmişdir.
    Görüş zamanı vətəndaşlar tərəfindən bir sıra müraciətlər səsləndirilmişdir.

    Müraciətlərdən biri ərazidə yerləşən ağacların budanması ilə bağlı lazımi dəstəyin göstərilməsi ilə bağlı olmuşdur.

    həmçinin bəzi küçələrdə yol örtüyünün yaxşılaşdırılması və asfalt örtüyünün çəkilməsi,

    Qızlavar kənd tam orta məktəbində istilik sisteminin bərpası,həmçinin

    sosial və məişət xarakterli məsələlər qaldırılmışdır.

    Səsləndirilən bütün müraciətlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmiş, məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digərlərinin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR