AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ömrünü xalqına bəxş edən Lider

  • + A
  • - A
  • Bu gün, 15:33

    Ömrünü xalqına bəxş edən Lider

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ömrünü xalqına bəxş edən Lider” devizi altında Lürən ərazi partiya təşkilatında tədbir keçirilmişdir.

    Tədbirdə ərazi partiya təşkilatının üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunub saxlanılması və ölkənin hərtərəfli inkişafı istiqamətində gördüyü mühüm işlərdən bəhs edilib.

    Çıxış edənlər Heydər Əliyevin zəngin siyasi irsinin bu gün də uğurla davam etdirildiyini, onun müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycanın tərəqqisində mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, Ulu Öndərin xalqına bağlılığı, uzaqgörən siyasəti və qətiyyəti hər bir vətəndaş üçün nümunədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR