Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.
Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.