AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maarifləndirmə sağlam gələcəyin qarantıdır

  • + A
  • - A
  • Bu gün, 10:00

    Maarifləndirmə sağlam gələcəyin qarantıdır

    Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib.

    Rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, Lənkəran-Astara regional təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara regional gənclər və idman idarəsinin müdiri Teymur Babazadə və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gənclərin sağlam və təhlükəsiz mühitdə formalaşmasının dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

    Qeyd olunub ki, narkomaniya və erkən nikah halları gənc nəslin gələcəyinə, təhsilinə və sosial inkişafına ciddi mənfi təsir göstərən amillərdəndir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn-məktəb-polis əməkdaşlığının gücləndirilməsi xüsusi önəm daşıyır. Tədbir iştirakçılarına zərərli vərdişlərin doğurduğu fəsadlar, erkən nikahların hüquqi və sosial nəticələri barədə ətraflı məlumat verilib. Çıxışlarda sağlam gələcəyin təmin olunması naminə bu istiqamətdə birgə fəaliyyət göstərməyin zəruriliyi qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR